TÖVSİYƏ XƏBƏRLƏR

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə 25 may tarixində Baş Prokurorluq məlumat verib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatətləri əsasında Polşa Respublikası və Rusiya Federasiyası tərəfindən müvafiq olaraq ,”Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının və müvafiq Əlavə Protokolların, həmçinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları Yusif Əliyev Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib.

Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx