TÖVSİYƏ XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunub. Bu barədə 23 sentyabr tarixində Report Baş Prokurorluğa istinadən xəbər verib.

Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

O, bu gün Almaniyadan Azərbaycana gətirilib.