TÖVSİYƏ XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətirilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılaraq Azərbaycana gətirilib. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində Baş Prokurorluğa istinadən xəbər verir.

Azərbaycan Respublikasının vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.

O, avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan Azərbaycana gətirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx