Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri 23 sentyabr tarixində Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər. Bu barədə sentyabrın 26-da APA xəbər yayıb.
Həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələr yaradılıb.
Komitə bu cür tədbirlər zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. Vizitlərlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.