Biləsuvar gömrük postunda yarım ton heroin aşkar edilib

Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq heroin aşkar edilib. Bu barədə sentyabrın 20-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, İrandan Latviyaya yük aparan İran vətətəndaşının idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 105 ədəd paketə qablaşdırılmış maye halında çəkisi 527 kiloqram 600 qram olan heroin aşkar edilib.

Bundan öncə, sentyabrın 17-də gömrükçülər Naxçıvandan Türkiyəyə gedən avtomobillərdən 133 kiloqramdan artıq tiryək aşkar etmişdirlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Biləsuvar gömrük postunda yarım ton heroin aşkar edilib”

Tövsiyə xəbərlər