Biləsuvar və Cəlilabadda fermerlərlə aqrar sığorta mövzusunda görüşlər keçirilib

Biləsuvar rayonunun Ağalıkənd, Amankənd, Yuxarı Cürəli, Çaylı, Nəsimikənd, Səmədabad və Cəlilabad rayonunun Üçtəpə, Təzəkənd, Muğan, Uzuntəpə, Qarakazımlı kəndlərində fermerlərlə aqrar sığorta mövzusunda görüşlər keçirilib. Bu barədə 23 avqust tarixində Aqrar Sığorta Fondunun Facebook səhifəsində məlumat yayılıb.

Görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, onun şərtləri və gətirdiyi üstünlüklər barədə geniş məlumat verilib. Həmçinin bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitki və südlük inək-camışlar sığortalanır. Fermerlər tərəfindən sığorta şərtləri, sığortalanma və ödəniş prosedurları barədə verilən suallar fondun əməkdaşları tərəfindən cavablandırılıb.

Fermerlərə dəstək məqsədi ilə sığorta haqqının 50%-ni dövlət, 50%-ni isə fermer ödəyir.

Eyni mövzu barədə görüş 10 avqust tarixində Şəki rayonunun Orta Zəyzid, Baş Güngüt, Baş Dəhnə kəndlərində və Turan qəsəbəsində də təşkil olunub.

Sahibkarlar təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən sığorta şirkətlərinə və ya yerli Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Biləsuvar və Cəlilabadda fermerlərlə aqrar sığorta mövzusunda görüşlər keçirilib”

Tövsiyə xəbərlər