Biləsuvarda növbəti “patı” əməliyyatı nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan ümumilikdə 3 kiloqramdan artıq narkotik və psixotrop maddə aşkar edilib. Bu barədə DİN avqustun 27-də məlumat verib.
Paytaxt sakini Ziyad Baqautdinov rayonun Xırmandalı kəndində saxlanılıb. Keçirilən baxış zamanı onun çantasından plastik qablarda 3 kiloqramdan artıq heroin və 300 qram metamfetamin aşkarlanıb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri xarici ölkənin vətəndaşından əldə edib.
Keçirilmiş digər əməliyyatlar nəticəsində daha 6 narkotacir saxlanılıb. Onların hər birinin üzərində heroin və metamfetamin aşkarlanıb.
2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,7% çoxdur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.