Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib. Bu barədə Report 17 mart tarixində xəbər verib.
Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Qadının intihara cəhd etməsinin səbəbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən, məhkəmənin qərarı ilə həbs edilən oğlu, 23 yaşlı oğlu Babək Babayevin dərhal azadlığa buraxılmasını istəməsi olub.
Araşdırmalar davam etdirilir.