Biləsuvar şəhərində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid FHN-in saytına istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Şəhər ərazisində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.