TÖVSİYƏ XƏBƏRLƏR

Biləsuvarda 8 yaşlı uşaq kələm şorabasından zəhərlənərək ölüb

Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.

2015-ci il təvəllüdlü rayon sakini Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.