Biləsuvar rayonunun mərkəzində və 3 kənddə içməli suyun verilməsində fasilə yaranıb. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq, təmizlik və dezinfeksiya işləri aparılır.
Ona görə də aparılan təmizlik işləri ilə əlaqədar olaraq, ötən gün axşamdan bu gün saat 13:00-dək içməli suyun verilişində fasilə olacaq.