TÖVSİYƏ XƏBƏRLƏR

Biləsuvarda sel təhlükəsi ilə bağlı təxliyə olunanlar arasında evinə qayıda bilməyənlər var – VİDEO

Biləsuvarda sel təhlükəsi səbəbi ilə təxliyə olunanlar arasında evinə qayıda bilməyənlər var. Bu barədə Report 31 may tarixində xəbər verib.

Sel təhlükəsinə görə təxliyə olunmuş Biləsuvar əhalisi – Köhnə Amankənd yaşayış massivinin sakinləri hələlik evlərinə dönməyiblər.

Onların sözlərinə görə, buna səbəb Bolqarçayın həmin kəndin yaxınlığından keçməsidir.

Həmçinin Bolqarçayın Biləsuvar şəhəri mərkəzindən keçən hissəsində də su artımı maksimal həddə çatır.

Əgər su səviyyəsi artarsa və rayon mərkəzinə dolarsa, bu zaman çaydakı su ətrafdakı torpaq ərazilərə yönəldiləcək.

Sel təhlükəsi ilə əlaqədar 3 kəndin – Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinləri təxliyə olunmuşlar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx