Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən dava olub. Bu barədə 27 mart tarixində Report məlumat verib.
Hadisə rayonun Çərçili adlanan ərazisində qeydə alınıb.
Belə ki, rayonun Günəşli kənd sakinləri – 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu, 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanıdıqları şəxslər tərəfindən döyülüblər. Onlar rayon xəstəxanasına aparılıblar.
İlkin məlumata görə, mübahisə su üstündə düşüb.
Bildirilib ki, Biləsuvar rayonunun Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V.Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.