TÖVSİYƏ XƏBƏRLƏR

Biləsuvarda yerləşən su anbarı təmizlənir

Bolqarçay su anbarı təmizlənir. Bu haqda bu gün, 24 mart tarixində “İnsanoid” Report-a istinadən xəbər verir.

Biləsuvar rayonunda yerləşən Bolqarçay su anbarı torpaq qatından təmizlənir. Anbar İcra Hakimiyyətinin müvafiq biznes strukturları ilə razılaşmasına uyğun olaraq, dövlət büdcəsindən vəsait xərclənmədən təmizlənir.

Bolqarçay su anbarı eyniadlı çayın məcrasında 58 il əvvəl inşa edilib. Su anbarı vasitəsilə Suvarma sahəsi 3300 hektar olub. Lakin sonrakı dövrlərdə, demək olar ki, anbarın 80 %-i lil və torpaqla dolub. Təmizlik işlərindən sonra Biləsuvarın əksər ərazilərində əkin sahələrinin suvarma suyu ilə təmin olunması probleminin həll olunacağı gözlənilir.

Biləsuvarda yerləşən su anbarı təmizlənir
Foto report.az
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx