Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Biləsuvarın bu kəndində su problemi həll edilir

Biləsuvarın Səmədabad kəndində su problemi aradan qaldırılır. Bu barədə Report 27 yanvar tarixində məlumat verib.

Problemin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Kəndin yeni yaşayış massivində əhalinin içməli və texniki suya olan ehtiyacını ödəmək üçün artıq yeni su xəttinin çəkilişinə başlanılıb.

Ümumi uzunluğu 6 000 metr olan su xətti ümumilikdə burada yaşayan 200 nəfər ailənin ehtiyacları üçün nəzərdə tutulub. Hazırda ərazidə suyun çəkilişi üçün qazma işləri aparılır, borular birləşdirilərək basdırılır.

Nəzərdə tutulan işlər yekunlaşandan sonra Cənub Muğan kanalının üzərinə su paylayıcı nasos quraşdırılacaq. Layihə üzrə sudan Səmədabad kəndinin Biləsuvar-Bəhrəmtəpə yolunun hər iki tərəfində yaşayan əhalisi də istifadə edə biləcək.

Səmədabad kəndində uzun illərdir su problemi yaşanıb. Ötən ilin oktyabr ayında sakinlər bununla bağlı ciddi narazılıqlarını ifadə etmişdilər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx