TÖVSİYƏ XƏBƏRLƏR

Biləsuvarın Təzəkənd kəndində altı küçəyə şəhidlərin adı verilib

Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adı verilib. Bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.

Bu barədə 12 sentyabr tarixində Report məlumat verib.

Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.

Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov Elməddin Əhmədlidir.

Sözügedən küçələrə artıq ünvan lövhələri də vurulub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx