Binəqədidə narkotik satan qadın saxlanılıb

Avqustun 27-də Binəqədi qəsəbəsində narkotik satışı ilə məşğul olan qadın saxlanılıb.

DİN-dən verilən məlumata görə, saxlanılan şəxsin üzərindən ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı onun narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici vətəndaşdan satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə narkotik cinayəti törətmiş şəxslərin 74%-i heç yerdə işləməyən və oxumayanlar, 35%-i əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardır. Qadınlar isə onların 2,5%-ni təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Binəqədidə narkotik satan qadın saxlanılıb”

Tövsiyə xəbərlər