Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışı olub. Bu haqda avqustun 26-da Azərtac məlumat verib.
Məktəbdə 800 şagird təhsil ala biləcək.
Üçmərtəbəli binada sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb. Həmçinin açıq havada futbol meydançası salınıb.
Bununla yanaşı, Bakının Qaraçuxur qəsəbəsində 277 saylı körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurma işləri aparılıb. 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir.