22 sentyabr axşam saatlarından 23 sentyabr günün birinci yarısınadək Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 22 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.
Bu, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.