Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazilərini su basıb. Bu barədə 28 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ərazilərə FHN-in əməkdaşları cəlb olunublar, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.