Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər yayıb.
M.Ə. Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 3300 manat dəyərində təmir alətləri qeyri-aşkar şəraitdə oğurlanıb. Şübhəli şəxs qismində paytaxt sakini Təbriz Cavadzadə saxlanılıb.
Onun qəsəbə ərazisindəki zavodun həyətində antenin 30 metr elektrik naqilini, 8 ədəd akkumulyator, 2 ədəd kondisioner, 20 ədəd modul və 2 ədəd anten dayaqlarını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.