TÖVSİYƏ XƏBƏRLƏR

Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüblər

Bakı şəhərinin Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüblər. Bu barədə 9 mart tarixində Report məlumat verib.

Hadisə ötən gün rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu – 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı – 2005-ci il təvəllüdlü Aysu Mirzəliyevanın dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx