TÖVSİYƏ XƏBƏRLƏR

Binəqədidə bir neçə evin həyətini su basıb

Bakının Binəqədi rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində bir neçə fərdi evin zirzəmisi və həyəti su altında qalıb. Bu barədə avqustun 19-da “Azərsu” ASC xəbər verib.

Buna səbəb isə 170 nömrəli fərdi yaşayış evinin altında qanunsuz inşa edilmiş magistral su kəmərindəki sızma olub.

Nəticədə sözügedən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib, su axıntısının qarşısı müvəqqəti olaraq alınıb.

Qəzanın tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx