2021-ci ilin avqust ayında mina partlaması nəticəsində 2 mülki şəxsin yaralanması qeydə alınıb. Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov sentyabrın 2-də bildirib.
Sözügedən minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.
11 avqust tarixində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından xəsarət alıb.
ANAMA-nın məlumatına əsasən, avqust ayında Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda ümumilikdə 525 mina aşkarlanıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.