Bir neçə rayon mərkəzi xəstəxanaları diaqnostika mərkəzləri ilə birləşdiriləcək

Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı, Tovuz Rayon Mərkəzi Xəstəxanaları həmin rayonlarda fəalliyyət göstərən Müalicə-Diaqnostika Mərkəzləri ilə birləşdiriləcək. Bu haqda sentyabrın 10-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.

Məlumata görə, vahid tibb müəssisələrinin yaradılması həkim və qeyri-tibb heyətinin əməkhaqlarının artmasını və maliyyə vəsaitlərindən daha səmərəli istifadəni təmin edəcək.

Həmçinin Bakı şəhəridə də tibb müəssisələri 3 səviyyə üzrə qruplaşdırılıb.

Öncə poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinika xidmətlərinin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub.

İkinci mərhələdə 11 çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinikalar müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə keçiriləcək.

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərdə isə struktur dəyişikliklərin aprarılması nəzərdə tutulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bir neçə rayon mərkəzi xəstəxanaları diaqnostika mərkəzləri ilə birləşdiriləcək”

Tövsiyə xəbərlər