Bir qrup xarici səyahətçi Ağdamda minatəmizləmə işləri ilə tanış olub

Sentyabrın 27-də Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub. Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan səyahətçilər iştirak edib.

ANAMA nümayəndəsi Ehtiram Cəfərov ərazinin minalardan təmizlənməsi, həmçinin aşkar edilmiş mina və hərbi sursatın zərərsizləşdirilməsi prosesinin necə həyata keçirildiyi barədə onlara məlumat verib.

“Hazırda dəmir yolu sahəsinin minalardan təmizlənməsi həyata keçirilir. Təmizlənmiş 2 kilometrlik ərazidə 40-dan çox mina aşkar edilib. Təkcə yollarda 100-dən çox mina aşkar edilib”, – ANAMA nümayəndəsi qeyd edib.

O, Ermənistanın təhvil verdiyi mina xəritələrinə əsasən Ağdam rayonu ərazisində 97 min minanın basdırılmış olduğunu deyib.

Sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Səyahətçilər ilk öncə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama gəlib, sonra isə Şuşaya səfər edəcəklər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bir qrup xarici səyahətçi Ağdamda minatəmizləmə işləri ilə tanış olub”

Tövsiyə xəbərlər