Birinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşən Əsəd Məmmədov 30 ildən sonra Ağstafada dəfn olunub.
Bu barədə 11 sentyabr tarixində Report məlumat verib.
Şəhid Eynallı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
16:11
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bir müddət əvvəl qalıqları aşkarlanan şəhid Məmmədov Əsəd Məmməd oğlunun nəşi Ağstafa rayon Eynallı kəndinə gətirilib.
Bu barədə 11 sentyabr tarixində Report məlumat verib.
Vida mərasimi başa çatdıqdan sonra şəhidimiz Eynallı kənd qəbiristanlığında dəfn ediləcək.
Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayon Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqlarda aşkarlanan meyit qalıqlarından birinin ona məxsus olduğu müəyyən edilib.