TÖVSİYƏ XƏBƏRLƏR

BMT-nin Dayanıqlı İnkişaf Hesabatı: Azərbaycan dünya ölkələri sırasında neçəncidir?

Azərbaycan BMT-nin 2022-ci il üçün hazırlanmış “Dayanıqlı İnkişaf Hesabatı”nda 163 ölkə arasında 50-ci yeri tutub. Bu haqda 6 iyun tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat paylaşıb.

Ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 bal toplayıb.

Bu göstəriciyə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Qeyd edək ki, Gürcüstan 51-ci yeri, Ermənistan 66-cı yeri tutub.

Hesabata əsasən, ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və digər göstəricilər üzrə irəliləyişə nail olub.

“Dayanıqlı İnkişaf Hesabatı” ölkələrin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaqdan ötrü hansı mövqedə olduğunu qiymətləndirmək üçün aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx