TÖVSİYƏ XƏBƏRLƏR

BNA: tıxac səbəbindən 121 avtobus gecikir

Bakıda müşahidə edilən sıxlıq səbəbindən 121 avtobusun hərəkət intervalında gecikmələr var. Bu barədə sentyabrın 21-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Aşağıdakı avtobuslar 10-16 dəqiqə gecikmə ilə hərəkət edir:

  1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli avtobuslar;
  2. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202  nömrəli avtobuslar;
  3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199  nömrəli avtobuslar;
  4. Zabrat şosesi – Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8  nömrəli avtobuslar;
  5. Xocalı pr – Yusif Səfərov küçəsi – Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49  nömrəli avtobuslar;
  6. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 nömrəli avtobuslar.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx