Böyük Britaniya səfiri Ferqus Ould Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə öz “Twitter” səhifəsində təbrik edib.
“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, – paylaşımda deyilir.