TÖVSİYƏ XƏBƏRLƏR

BP-nin vitse-prezidenti Azərbaycana gəlib

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda 3 günlük səfərdədir. Bu barədə 1 iyun tarixində Report məlumat verib.

Səfərin məqsədi Azərbaycanda enerji sənayesi sahəsində ilin ən böyük və ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməkdir.

Səfər proqramı çərçivəsində Q. Birrelin Azərbaycanın Baş naziri Əli Əsədovla, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, energetika naziri Pərviz Şahbazovla və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə işgüzar görüşləri də planlaşdırılır. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində Q.Birrel, həmçinin BP-nin regional rəhbərliyi ilə görüşlər keçirəcək və hazırda dənizə yola salınmağa hazır vəziyyətdə olan ACE platformasının üst modullarındakı son sınaq işlərini görmək məqsədilə Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx