TÖVSİYƏ XƏBƏRLƏR

BQXK-ya məxsus avtomobillər Ağdam yolundakı postu keçərək Xankəndiyə yollanıb – FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin postunu keçərək Xankəndiyə yollanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 18 sentyabr tarixində xəbər verir.

1 yük, 2 minik maşınından ibarət humanitar yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndidə yerləşən ofisinin nümayəndələri qarşılayılbar.

Hazırda avtomobillər Xankəndi istiqamətində hərəkət edir.

Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx