TÖVSİYƏ XƏBƏRLƏR

“Bravo”ya basqın edənlər: “falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq”

“Bravo” hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Bu barədə 15 noyabr tarixində “Qafqazinfo” məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.

D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və “Bravo”ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin  əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:

“Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o, bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq.

Qeyd edək ki, hadisə bu il martın 4-ü baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.