Britaniya Qarabağ ərazilərinin minalardan təmizlənməsinə 500 min funt sterlinq ayırıb

Birləşmiş Krallıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi üçün BMT İnkişaf Proqramına (BMTİP) 500 000 funt sterlinq ayırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən sentyabrın 2-də məlumat verilib.

Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri bildirib ki, Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri barədə tez-tez məlumat verilir.

Birləşmiş Krallıq digər ölkələri BMTİP təşəbbüsünü dəstəkləməyə çağırır.

Həmçinin Birləşmiş Krallıq Ermənistanı və Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyə çalışan Ottava müqaviləsini imzalamağa dəvət edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Britaniya Qarabağ ərazilərinin minalardan təmizlənməsinə 500 min funt sterlinq ayırıb”

Tövsiyə xəbərlər