TÖVSİYƏ XƏBƏRLƏR

“British Airways” 150 reysi ləğv edib

“British Airways” kompüter nasazlığına görə son iki gündə təxminən 150 reysi ləğv edib. Bu barədə Report 27 may tarixində məlumat yayıb.

Cümə axşamı şirkət 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında daha 66 reysi ləğv etmək məcburiyyətində qalıb.

Orta hesabla “British Airways” təyyarələri gündə təxminən 850 daxili və beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda qarşıdan gələn yaz tətili və həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.

“British Airways” hələ ki nasazlığın nədən ibarət olduğunu və onun nəticələrinin tam olaraq nə vaxt aradan qaldırılacağını açıqlamayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx