“Brussels Morning” qəzeti Qarabağdakı ekoloji terror haqda məqalə dərc edib

Avqustun 24-də “Brussels Morning” qəzetində “Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır” adlı məqalə dərc olunub. Məqalə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlıya aiddir.

Məqalədə Ermənistanın işğal edilmiş ərazilərin ekologiyasını və təbii resurslarını istismar etməsi və Oxçuçayın çirkləndirilməsindən bəhs olunub.

Oxucuların diqqətinə çatdırılıb ki, Almaniyanın “CRONIMET” şirkəti Ermənistan hökuməti ilə birlikdə Oxçuçayın çirkləndirilməsini davam etdirməklə yanaşı, hər iki tərəf məsuliyyətdən yayınmağa da çalışır.

Ötən 27 il ərzində Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə keçmiş işğal edilmiş ərazilərdə qanunsuz şəkildə nüvə və radioaktiv tullantılarının basdırılması haqqında məlumatları tədqiq etməyə çağırıb. Bundan əlavə, hər ilin yay aylarında həmin ərazilərdə kütləvi yanğınların törədilməsi faktları ATƏT və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib və müvafiq sənədlər qəbul edilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on ““Brussels Morning” qəzeti Qarabağdakı ekoloji terror haqda məqalə dərc edib”

Tövsiyə xəbərlər