TÖVSİYƏ XƏBƏRLƏR

Bu axşam Bakı Olimpiya Stadionunun işıqları söndürüləcək

Bu gün saat 20:30-dan 21:30-dək Bakı Olimpiya Stadionunun fasadındakı işıqlar söndürüləcək. Bu addım “Yer Saatı” hərəkatına dəstək məqsədilə atılacaq.

Hər il mart ayının son şənbə günündə “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.

Elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməkdir.