TÖVSİYƏ XƏBƏRLƏR

Bu ay Bakı metropolitenində gündəlik sərnişin sayı 420 minə çatıb

Bu ilin sentyabr ayında Bakı metropoliteni üzrə sərnişin axını yay aylarına nisbətən 8%-dək artıb. Bunu sentyabrın 29-da “APA”ya Bakı Metropoliteninin nümayəndəsi bildirib.

Sentyabr ayında sərnişin axını 400-420 min civarında olub. Yay aylarında  bu göstərici gündəlik 370-390 min civarında təşkil edib.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətdə 55,6% azalaraq 28,7 milyon nəfər olub.