Payızın son ayı noyabr müxtəlif tədbirlərlə yadda qalacaq. İnsanoid bununla bağlı araşdırma aparıb, sizə təqdim edir.
Noyabrın 2-də Azərbaycan xanəndəsi Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Musiqili gecə Dövlət Akademik Filarmoniyasında saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 4 – 15 manatdır.
3 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda Qarabağ FK – SC Freiburg futbol matçı təşkil ediləcək. Oyun saat 21:45-də start götürəcək. Biletləri 5 – 100 manata almaq mümkündür.
5-6 noyabr və 12-13 noyabr tarixlərində Boomerang Book Club-da uşaqlar üçün boyama üzrə master-klaslar keçiriləcək. İştirak etmək üçün 15 manat ödəmək lazımdır.
“Bu şəhərdə” komandası 5,6 və 9 noyabrda “Qəşş Əng” adlı konsert verəcək. Tədbir Heydər Əliyev Sarayında təşkil ediləcək. Hazırda qiyməti 10 – 150 manat olan biletlər satışda var.
Teatr və tamaşalara üstünlük verənlər noyabrın 9-da “Babək” baletinə gedə bilərlər. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təşkil ediləcək. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq, 11 – 16 manat arasında dəyişir.
Noyabrın 10-da respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Firuzə Bəylərova fortepiano musiqisi axşamında çıxış edəcək. Tədbir Kamera və orqan musiqisi zalında baş tutacaq. Biletlərin dəyəri 3 – 15 manatdır.
Rusiyalı müğənni Kristina Orbakayte noyabrın 14-də Heydər Əliyev Mərkəzində səhnəyə çıxacaq. Konsertdə iştirak etmək üçün 50 – 350 manata biletlər əldə etmək olar.
Rusiyada fəaliyyət göstərən gürcü pop-müğənnəsi Valeriy Meladze noyabrın 20-də paytaxtımıza gələcək. O, Bakı Konqres Mərkəzində çıxış edəcək. Biletlərin qiyməti 35 – 350 manatdır.
Noyabrın 22-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert keçiriləcək. Tədbir saat 19:00-da başlayacaq. Tamaşaçılar biletləri 10 – 60 manata ala bilərlər.
Rus bəstəkarı və pianoçu Yevqeniy Qrinko noyabrın 26-da Heydər Əliyev Sarayında öz sevənləri qarşısında konsert proqramı ilə çıxış edəcək. O, “Valse” adlı əsəri ilə populyarlaşıb. Biletlərin qiyməti 20 – 220 manat aralığındadır.
Bakı Dövlət Sirkinə “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqram gəlir. Tədbir 27 noyabra kimi davam edəcək. Biletlərin qiyməti 11 – 27 manat arasında dəyişir.
Azərbaycan əsilli reper Jah Khalib noyabrın 27-də Bakı Konqres Mərkəzində konsert verəcək. Biletlərin qiyməti 50 – 230 manatdır. Tədbir saat 20:00-da start götürəcək.
Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.