Bu gün 700-dən çox abituriyent jurnalistika ixtisası üzrə imtahan verəcək

Avqustun 19-da ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qiymətləndirilmədə III ixtisas qrupu üzrə imtahanı verərək müsabiqə şərtini ödəyən və internet vasitəsilə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə biləcəklər.

İmtahan saat 10:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. Ümumilikdə imtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bu gün 700-dən çox abituriyent jurnalistika ixtisası üzrə imtahan verəcək”

Tövsiyə xəbərlər