TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün balerinamız Leyla Vəkilovanın anadan olmasından 95 il ötür

Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 95-ci ildönümü tamam olur.

Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda anadan olub.

O, 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.

Leyla Vəkilova dünyaca məşhur Pyotr Çaykovskinin “Qu gölü” baletində (Lebedinoye ozero) Qu quşu obrazını canlandırıb.

Leyla Vəkilova müxtəlif illərdə “Jizel”, “Qırmızı lalə”, “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Don Kixot”, “Qız qalası”, “Yeddi gözəl” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

Əşrəf Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə onun çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.

Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub.

Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.