Bu gün ölkənin bir çox ibadət evlərində şəhidlərin ruhu yad edilib

Bu gün, sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycanda 1000-ə yaxın məsciddə dualar oxunur. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Anım Günü azad olunmuş ərazilərdə də qeyd edilib. Ağdam Cümə məscidində şəhidlərin ruhları yad edilib və dualar oxunulub. Laçın rayonundakı Ağoğlan məbədində mərasim təşkil olunub. Anım günü münasibəti ilə Xudavəng məbədində və Yuxarı Gövhər Ağa məscidində də şəhidlərin ruhuna dualar oxunub.

Bu gün həm də Bakıdakı Jen-Mironosits Pravoslav kilsəsində, Müqəddəs Bakirə Məryəm kilsəsində, Bakı Avropa (Aşkinazi) yəhudiləri sinaqoqunda Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi təşkil edilib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən Anım Günü hər ilin sentyabrın 27-də qeyd ediləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bu gün ölkənin bir çox ibadət evlərində şəhidlərin ruhu yad edilib”

Tövsiyə xəbərlər