Ramiz Göyüşov partiya sıralarından xaric edilib. Bununla bağlı YAP İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında qərar qəbul edilib.
***
09:37
Bu gün, sentyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacaq. Bunu YAP-ın rəsmisi Elməddin Quliyev bildirib.
Toplantıda həmçinin bütün rayon təşkilatlarına sədrlər də seçiləcək.
Bundan əvvəl, sentyabrın 8-də sözügedən şəxsin sosial şəbəkələrdə pornoqrafik videosu yayılıb.
Ramiz Göyüşov 2011-ci ilə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. O, 2013-cü ildən YAP Binəqədi Rayon Təşkilatının sədri kimi fəaliyyət göstərirdi.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.