Bu gün, noyabrın 15-i Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı, ölkəmizin “kütləvi və hərbi cinayətlərdə” ittiham edilməsi, həmçinin Ermənistanın Fransa tərəfindən müasir silahla təmin olunması yer alıb.
Sözügüdən qətnamə layihəsinə cavab olaraq oktyabrın 11-də Fransanın Mesopinions.com saytında xalqımız adından Fransa Senatına və xalqına ünvanlanan petisiya yerləşdirilib. Həmin petisiya bir aydan bir az çox müddətdə 125 mindən çox imza toplayıb.
Həmyerlilərimizin təşəbbüsünə Türkiyə, İsrail, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistan mətbuatları dəstək olub.
Bakı, Moskva, Köln, Ankara, Moldova, Bişkək və Astanada Fransa səfirlikləri qarşısında aksiyalar keçirilib. İştirakçılar sözügedən qətnamə layihəsinə öz etirazlarını bildiriblər.
Dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Petisiyanın fars dilində imzalanma qaydası
Petisiyanın ingilis dilində imzalanma qaydası