TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid bu gün, 29 avqust tarixində “Azəriqaz”a istinadən xəbər verir.

Avqustun 29-da saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan ortatəzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx