TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün 7 rayonda qaz kəsiləcək

Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonları və Bakının Sabunçu rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə 31 avqust tarixində Report “Azəriqaz”a istinadən məlumat verib.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 31-də saat 09:00-dan “Alabaşlı” Qaz Paylayıcı Stansiyadan (QPS) qidalanan qaz kəməri üzərində, “Ağköynək” AQPS-nin ərazisində, həmçinin “Şəmsabad” QPS-nin ərazisində yerləşən istismara yararsız siyirtmələrin yenisi ilə əvəzlənməsi, saat 09:00-dan “Əliabad” və saat 10:00-dan “Füzuli-Horadiz” ölçü qovşaqlarından qidalanan qaz kəmərlərinin kipliyə sınaq olunması, saat 10:00-dan Sabunçu rayonu ərazisində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, eləcə də saat 11:00-dan “Yardımlı” QPS-də görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx