TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktından 14 il ötür

Terror 30 aprel 2009-cu ildə səhər saat 09:30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci korpusunda baş verib. Hadisə 12 nəfərin öldürülməsi, 10 nəfərdən çox insanın yaralanması ilə nəticələnib.

Terror aktını Gürcüstan vətəndaşı, 29 yaşlı Fərda Qədirov adlı şəxs törədib. Həmin gün qatil universitetə daxil olaraq, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Daha sonra o, özünü öldürüb.

Cinayətlə bağlı 2010-cu il aprelin 10-da məhkəmə keçirilib. Məhkəmə hökmü ilə terrorun digər iştirakçıları olan Arif Qabulov 11 illik, Cavidan Əmirov, Nadir Əliyev və Nəcəf Süleymanov isə ömürlük azadlıqdan məhrum ediliblər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx