TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur

18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasının zərurətini yaratmışdır. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, bu, heç bir nəticəyə gətirməmişdir.

2 may 1995-ci ildə Milli Məclisin qərarına əsasən, Prezident Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradılmışdır. Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və həmin il noyabrın 27-dən qüvvəyə minmişdir.

6 fevral 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə həmin gün, yəni 12 Noyabr – Konstitusiya Günü təsis edilib.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.