TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.

O, ilk təhsilini Bakı şəhər 23 nömrəli orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu bitirib.

Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaradıb və hazırda onun rəhbəri vəzifəsini tutur. O, 1996-cı ildə Azərbaycan mədəniyyətindən bəhs edən “Azərbaycan – İrs” jurnalını təsis edib.

Mehriban Əliyeva 2004-cü ildən ümummilli lider Heydər Əliyevin həyatının öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESCO-nun Xoşməramlı səfiri adlarına layiq görülüb. O, Fransa Respublikası tərəfindən “Şərəf Legionu” ordeni, İtaliya Respublikası tərəfindən “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və s. mükafatlarla təltif olunub.

Mehriban Əliyeva Azərbaycanın Əməkdar elm xadimi Mir Cəlal Paşayevin və jurnalist, pedaqoq Nəsir İmanquliyevin nəvəsidir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx