TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi haqqında bəyannamənin qəbul edildiyi gündür

XX əsrin sonlarında SSRİ-də demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda mərkəzdən qaçma, öz suverenliyini əldə etmək istəkləri daha da artırdı. Həmin ərəfədə, 30 avqust 1991-ci ildə xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyada Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edildi.

Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olundu. Bundan əlavə, parlament qərar verdi ki, Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq məqsədilə Konstitusiya Aktı hazırlansın. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixində keçirilən sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx